İQTİSADİYYAT


Biləsuvarda taxıl zəmilərində biçin işləri aparılır

Biləsuvarda taxılçılıq kənd təsərrüfatının aparıcı və ən vacib sahələrindən biridir. Rayonda bu ilin məhsulu üçün 33 min 300 hektar sahədə taxıl əkilib. Hazırda taxıl zəmilərində qızğın biçin işləri aparılır.
AZƏRTAC xəbər verir ki, ərzaq təhlükəsizliyinin təmin olunmasında, eləcə də heyvandarlıq təsərrüfatlarının yemə olan tələbatının ödənilməsində taxılçılıq mühüm rol oynayır. Taxılçılıq üçün əlverişli iqlim və torpaq şəraitinə malik olan Biləsuvarda 10 minə yaxın fermer tərəfindən 15 min 400 hektar buğda, 18 min hektara yaxın sahədə isə arpa əkilib.