İQTİSADİYYAT


Neapol küçəsində istifadəyə verilən yerüstü piyada keçidi sakinlərin ürəyincədir

Bakının Neapol küçəsindəki yerüstü piyada keçidi müasir görünüşünə görə digər keçidlərdən fərqlənir. Yeni istifadəyə verilən keçid hər gün bu yolu çətinliklə keçən vətəndaşların işini asanlaşdırıb. Həmçinin keçid bu yolda avtomobil sıxlığını da aradan qaldırmağa kömək edəcək. Keçiddə fiziki məhdudiyyətli və yaşlı insanların rahatlığı da düşünülüb. Onların keçiddən maneəsiz istifadə etməsi üçün 2 lift quraşdırılıb. Yeni inşa olunan piyada keçidi Heydər Əliyev Parkının yaxınlığında yerləşir. 2000-ci ildə salınan və həmin il açılışında ulu öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi bu park rayon sakinlərinin ən sevimli istirahət məkanıdır.