DÜNYA


Moskvada küçələri su altında

Moskvada güclü leysan nəticəsində avtomobil yollarını və yeraltı keçidləri su basıb.
AZƏRTAC xəbər verir ki, iyunun 3-də axşam başlayan güclü yağış Rusiya paytaxtının küçələrində sel yaradıb. Bir neçə saat ərzində şəhərə və ətraf ərazilərə aylıq normanın beşdəbir hissəsi həcmində yağış yağıb, saniyədə 20 metr sürətlə külək əsib. Bəzi yerlərdə yeraltı keçidlər və marşrut taksiləri su altında qalıb. Güclü külək nəticəsində onlarla ağac kökündən çıxaraq yerə aşıb.