CƏMİYYƏT


Qarpız sahələrində bol məhsul var

Yayın əvəzedilməz, sərinləşdirici meyvəsi olan qarpızın vətəni Sabirabad olsa da, salyanlı fermerlərin də bu sahəyə marağı ilbəil artır.
AZƏRTAC xəbər verir ki, qarpız əsasən Salyanın Xələc, Marışlı, Noxudlu və Kürqaraqaşlı kəndlərinin ərazilərində əkilirsə, bu gün artıq Qızılağac kəndinin sakinləri də bu sıraya qoşulub. Bu ərazilərdə yetişdirilən məhsul yüksək keyfiyyətinə görə seçildiyindən, hətta qonşu rayonlardan da qarpız əkib-becərməyə gələnlər də az deyil. 15 ilə yaxındır qarpız əkini ilə məşğul olan fermer Nurağa Musayev Sabirabad rayonundan olsa da, Salyanda qarpız əkini aparmaqla məşğul olub. Təsərrüfat sahibi qeyd edir ki, Salyan rayonu ərazisində qarpızın xüsusi sortlarını yetişdirmək daha məqsədəuyğundur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır