Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biləcəri qəsəbəsinin mərkəzi küçələrindən daha biri əsaslı şəkildə təmir edilir

06.07.2020 [16:24]

Xəbərin mətni

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində təmir işləri aparılır.