CƏMİYYƏT


Yardımlıda arıçılar bəslədikləri arı ailələrindən mövsümün ilk balını tədarük edirlər

Ölkəmizdə arıçılıq üçün əlverişli olan rayonlardan biri də Yardımlıdır. Yüksək dağlıq ərazilərdə hər cür bitkilərin olması arı ailələrindən yaxşı məhsul toplanılmasına şərait yaradır. Lakin qışlama dövründə havaların şaxtalı və soyuq keçməsi arıçılar üçün bir sıra çətinliklərə də səbəb olub. AZƏRTAC xəbər verir ki, Cənub bölgəsinin arıçılıq təsərrüfatlarında may balının süzüm mövsümü başa çatmaq üzrədir. Yardımlı rayonunda da arıçılar bəslədikləri arı ailələrindən mövsümün ilk balını tədarük edirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır