CƏMİYYƏT


Pirşağı qəsəbəsinin bütün küçələri təmir ediləcək

Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində ötən il Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin bütün küçə və yolları təmir edilib. Hazırda isə rayonun Pirşağı qəsəbəsində analoji işlərin icrasına başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu il ərzində Kürdəxanı qəsəbəsi üzrə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri həyata keçirilib. Bu çərçivədə 375 min kvadratmetr sahədə, ümumi uzunluğu 73,8 kilometr təşkil edən 124 adda küçə və yol təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır