İQTİSADİYYAT


Yeni nəsil kombaynlar Siyəzən, Xızı və Qusarın dağlıq və dağətəyi zonalarında biçinə başlayıb

İyulun 9-dan etibarən yeni nəsil “New Holland TC 5.90 Hillside” kombaynları Siyəzən, Xızı və Qusarın çətin relyefli sahələrində biçinə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni nəsil kombaynlar əsasən biçilməsi çətin olan, dağlıq və dağətəyi zonalardakı sahələr üçün nəzərdə tutulub.