CƏMİYYƏT


Leysan yağışları və güclü külək Göyçayın iki kəndində ciddi fəsadlar törədib

Təxminən 30 dəqiqə davam edən güclü külək və leysan yağışları rayonun ən çox Veysəlli, habelə Şəkər kəndlərinə ziyan vurub. Belə ki, bəzi evlərin və tövlələrin dam örtüyü qopub. Külək istixanaların üst örtüyünü dağıdıb, pomidor və xiyar şitillərini, yetişmiş meyvə-tərəvəz məhsullarını tələf edib, ağacları, eləcə də primitiv tikilmiş hasarları, elektrik və rabitə dirəklərini aşırıb, naqilləri qırıb. Hər iki kənddə elektrik və rabitə verilişi dayanıb.