İQTİSADİYYAT


Çindən Türkiyəyə konteyner qatarları daha tez çatmağa başlayıb

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “ADY Konteyner” (Azərbaycan), “KTZ Express” (Qazaxıstan), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) arasında qurulmuş, yaxşı əlaqələndirilmiş iş sayəsində Çindən Türkiyəyə yüklərin vaxtından tez çatdırılması artıq mütəmadi xarakter almağa başlayıb.
“ADY Konteyner”dən AZƏRTAC-a bildirilib ki, Siandan İstanbula istiqamət götürən daha bir blok qatarını vaxtından 3 gün tez mənzil başına çatdırmaq mümkün olub. 47 konteynerdən ibarət qatar Sian-İstanbul marşrutunu 16 günə (normativ 19 gün) başa vurub.