Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 3-5° enəcək
25.07.2020 [13:50]
Xəbərin mətni
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 27-30-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-23 metrədək güclənəcəyi gözlənilir.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, havanın temperaturu iyulun 29-30-da ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək.