SİYASƏT


Bolqarıstan ictimaiyyəti Ermənistanın ölkəmizə qarşı hərbi təxribatı barədə məlumatlandırılıb

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin “BGNES” xəbər agentliyinə və “Fakti.bg” portalına Ermənistan-Azərbaycan dövlət sərhədində son vəziyyət, işğalçı Ermənistanın təxribatlarının təfərrüatları barədə müsahibə verib.
AZƏRTAC xəbər verir ki, müsahibədə səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salıb. Bildirib ki, münaqişə 1988-ci ildə Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları əsasında baş verib.