İQTİSADİYYAT


Saanen keçilərinin dondurma dadlı pendiri – İmişlidəki keçi təsərrüfatından REPORTAJ

İmişlidə yerləşən Saanen keçi təsərrüfatında dondurma dadı verən pendir istehsalına başlanılıb.
AZƏRTAC xəbər verir ki, İmişlidə yaradılan Saanen keçi təsərrüfatında artıq pendir istehsalı həyata keçirilir. Bu pendirin spesifik xüsusiyyəti isə dondurma dadı ilə seçiliməsidir.
Təssərrüfatın icraçı direktoru Tural Nağıyev söyləyir ki, 1 il öncə İmişli rayonunda yaradılan keçi təsərrüfatı südlük istiqamətində inkişaf etdirilir. Artıq bu sahədə bir sıra uğurlar qazanılıb. Əvvəlcə fermaya gətirilən keçilər cütləşdirilərək onlardan bala alınıb. Çəpişlərin çoxu satılıb, qalanları isə təsərrüfatın genişləndirilməsi üçün istifadə edilib.