İQTİSADİYYAT


Nazir İnam Kərimov Bərdə və Tərtərdə əkin sahələri və meyvə bağlarına baxış keçirib

Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdə rayonunun Ərəblər kəndində fermer Nicat Məmmədovun pambıq sahəsi ilə tanış olub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tanışlıq zamanı nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib.