İQTİSADİYYAT


Neftçalada pambıq sahələrində növbəli suvarma cədvəli tətbiq olunur

Əsas pambıqçılıq rayonlarından biri olan Neftçalada tarlalarda bol məhsul yetişdirilir. Rayonda su problemi olsa da, pambıqçılar həvəsdən düşmür, əksinə daha səylə çalışırlar.
AZƏRTAC xəbər verir ki, ölkədə aqrar sektorun, xüsusilə pambıqçılığın dinamik inkişafına nail olmaqla bağlı qarşıya qoyulan vəzifələr Neftçalada da uğurla həyata keçirilir. Ötən il neftçalalı pambıqçılar 5 min 88 hektar sahədən 16 min tondan çox məhsul toplayıblar. “Ağ qızıl” istehsalçıları bu il məhsul istehsalını 18 min tona çatdırmağı qarşıya məqsəd qoyublar.