Aran arıçıları yay balının süzümünə başlayıblar
17.08.2020 [15:29]
Xəbərin mətni
Aran arıçıları yay balının süzümünə başlayıblar.
Gəncə Arıçılıq Assosiasiyasının sədri Füzuli Verdiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, bu il yeni növ koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejiminin iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında müəyyən çətinliklər yaratmasına baxmayaraq, daha çox köçəri arıçılığa üstünlük verən aran - Gəncə arıçıları üçün məhsuldarlıq yüksək olub.