Azərbaycan Dövlət İnformasiya Agentliyi

Damlama suvarma üsulu məhsuldarlığı bir neçə dəfə artırır

18.08.2020 [14:59]

Xəbərin mətni

Azərbaycanın fermer təsərrüfatlarında müasir suvarma sistemlərindən istifadə genişlənir. Artıq minlərlə təsərrüfatda, xüsusilə intensiv bağlarda damlama suvarma sistemlərindən istifadə edilir.
AZƏRTAC xəbər verir ki, Şamaxının İkinci Çaylı kəndindən olan fermer Habil Əzimov 30 hektar üzüm bağında damlama suvarma sistemi quraşdırıb. Fermer müasir suvarma sistemlərinin məhsuldarlığa ciddi təsir göstərdiyini deyir: “2014-cü ildə saldığımız 30 hektar üzüm bağının 25 hektarında damlama suvarma sistemi quraşdırılıb.