İsmayıllıda xanım fermerlər gəlirli tütünçülük sahəsinə üstünlük verirlər
23.08.2020 [15:48]
Xəbərin mətni
İsmayıllı rayonunun Qurbanəfəndi kəndinin sakinləri ənənəvi gəlir sahəsi olan tütünçülükdən bir neçə il uzaq düşsələr də, yenidən bu əkin növünə üstünlük veriblər. Fermerlər sahələrdə əkib-becərdikləri tütün yarpaqlarını avqust ayında yığmağa başlayırlar və yığım payız aylarına qədər davam edir. Sahədən yığılan tütün yarpaqları həyətlərə daşınır, qurudulması üçün təyin edilən yerlərə yığılır.