İQTİSADİYYAT


Qubada yüksək məhsul vermə qabiliyyətinə malik tinglər yetişdirilir

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) Qubadakı təcrübə sahəsində avqustun 15-dən calaq işlərinə başlanılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tinglik sahəsində əsasən gilas, albalı, badam, şaftalı, nektarin, gavalı və alçanın “T” şəkilli göz calağı aparılır. Meyvələrin calaqaltıları Türkiyədən gətirilib və yüksək məhsul vermə qabiliyyətinə malikdir. Həmin meyvə ağaclarına bazarda tələbat yüksəkdir. Sahədə calaq vurma prosesi sentyabrın 20-dək davam edəcək.