ELM VƏ TƏHSİL


Masallıda müasir tələblər səviyyəsində 100 yerlik uşaq bağçası tikilir

Ölkəmizdə paytaxtla yanaşı, regionlarda da yeni uşaq bağçalarının tikintisi və əsaslı təmiri işləri davam etdirilir. Hazırda Masallıda müasir tələblər səviyyəsində tikilən 100 yerlik uşaq bağçası bunun bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, Masallı şəhər 1 saylı körpələr evi-uşaq bağçasının tikintisinə bu ilin iyul ayından başlanılıb. Hazırda binanın fasadında suvaq işi aparılır, paralel olaraq üzlük daşı vurulur. Birinci mərtəbədə artıq pəncərələr qoyulub.