CƏMİYYƏT


Üç şəhər və “Şahdağ” Turizm Mərkəzinin tullantı sularını təmizləyən kompleksin tikintisi davam edir

Xaçmaz rayonunda sutkalıq məhsuldarlığı 60 min kubmetr olan tullantı sutəmizləyici qurğular kompleksinin tikintisinin ilkin mərhələsi yekunlaşır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Gülalan kəndi ərazisində inşa olunan bu qurğuda Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin, həmçinin “Şahdağ” Turizm Mərkəzinin tullantı suları təmizlənib kənarlaşdırılacaq.Hazırda qurğunun əsas hissələrindən olan çirkab sularının toplanacağı havalandırma hovuzları tikilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır