İQTİSADİYYAT


Azərbaycanda ilk dəfə qarğıdalı sahələri dronlar vasitəsilə dərmanlanıb

Ağcabədi rayonunun Hacılar kəndində təkrar qarğıdalı əkini sahələrinin müasir dronlar vasitəsilə dərmanlanması prosesi həyata keçirilib. Fermer Ümidvar Məmmədovun sahəsində keçirilən dərmanlama prosesini Kənd Təsərrüfatı naziri İnam Kərimov da izləyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl nazir İnam Kərimov fermerlərlə təkrar qarğıdalı əkininin təşkili, məhsuldarlığın artırılması istiqamətində fikir mübadiləsi aparıb, onların təkliflərini dəyərləndirib. Sonra Aqrar Elm və İnnovasiya Mərkəzinin xüsusi təlim keçmiş pilotları tərəfindən sahənin dronlarla dərmanlanması prosesinə başlanıb. Sahə zərərvericilərə qarşı mübarizədə istifadə olunan preparatların qarışığından hazırlanmış məhlullarla dərmanlanıb.