İQTİSADİYYAT


İldə üç dəfə əkilib məhsul götürülən bitki - Vətəni Cənubi Amerika olsa da, Tovuzda da yetişir

Tovuzun Hunanlar kəndində el arasında “qabaq” adlanan bitkinin yığımına başlanıb. Bu, nadir bitkilərdəndir ki, il ərzində üç dəfə əkilir və məhsul götürülür.AZƏRTAC xəbər verir ki, qabaq Tovuz rayonunda yalnız Hunanlar kəndində əkilir. Bu bitki susevər olduğundan Kür çayı ətrafında, su hövzələrinə yaxın torpaq sahələrində becərilir.Yazda, erkən yayda və yayın sonlarında toxumu torpağa səpilən bu bitkidən 45-50 gün sonra məhsul götürülür. Xarici görünüşünə görə tərəvəzlərdən badımcana bənzəsə də, onu el arasında “kabak”, “kabakçi” də adlandırırlar.