İQTİSADİYYAT


Ağdam rayonunda yeni subartezian quyuları qazılır, suyu azalmış quyular bərpa edilir

Havaların quraq keçməsi son dövrlərdə əkinlərin suvarma suyu ilə təmin olunmasında bir sıra çətinliklər yaradıb. Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə dövlət başçısı rayonlarda su ilə bağlı yaranmış mövcud problemə xüsusi diqqət çəkib və məsələnin həlli üçün tapşırıqlar verib. Bundan sonra respublikamızın bir çox rayonlarında suvarma sahəsində yaranmış problemlərin aradan qaldırılmasına başlanılıb.