İQTİSADİYYAT


İsmayıllıda moruğun sənaye üsulu ilə istehsalına başlanılıb - bu il 30 ton məhsul götürülməsi planlaşdırılır

Azərbaycanın bütün bölgələrində yabanı halda bitən moruğun İsmayıllının Diyallı kəndində sənaye üsulu ilə istehsalına başlanılıb.AZƏRTAC xəbər verir ki, Diyallı kəndindəki istixana təsərrüfatlarında moruq yetişdirilir. Xarici ölkədən gətirilən moruq kolları yerli iqlim şəraitinə uyğunluğu yoxlanıldıqdan sonra əkilib və bol məhsul əldə edilib.“Gülşah” adı ilə bazara çıxarılan bu giləmeyvənin birinci yığımı may ayına təsadüf edir. Bu barədə danışan istehsalçı şirkətin nümayəndəsi Xanlar Qurbanov bildirib ki, təsərrüfatda il ərzində iki dəfə məhsul yığılır. Birinci yığım 40-45 gün müddətində yekunlaşır. İkinci yığım isə avqust ayında başlayır və payız aylarına kimi davam edir. Yetişmiş məhsullar xüsusi qablara doldurulur. Çeşidləndikdən sonra paketlənir və satış üçün bazarlara çıxarılır.