CƏMİYYƏT


Şamaxının Kələxana kənd yolu yenidən qurulur

Şamaxı rayonunda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan işlər çərçivəsində Kələxana kəndinə gedən avtomobil yolunda yenidənqurma işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 119-cu kilometrindən götürən yerli əhəmiyyətli Kələxana yolu 4-cü texniki dərəcəli olmaqla, 8 kilometrdir. Yolun en və uzunluq profilləri tikinti norma və qaydalarına uyğun gəlmirdi, torpaq və çınqıl örtüklü olması isə yük və sərnişin daşımalarında çətinliklər yaradırdı.
Sözügedən yolda yenidənquruma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir və əraziyə kifayət qədər canlı qüvvə və texnika gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır