CƏMİYYƏT


Salyanda ilk dəfə salınan qoz bağı məhsul verib

Salyan rayonunda 3 il əvvəl ilk dəfə salınan qoz bağı məhsul verib. Qoz bağının məhz Salyanda salınmasının məqsədi Muğan-Aran rayonlarında bu sahənin inkişaf etdirilməsidir.
AZƏRTAC xəbər verir ki, fermerlər tərəfindən rayonun Ərəbqardaşbəyli kəndində salınan bağdakı ağac tingləri Türkiyədən gətirilib və əvvəlcə sınaqdan keçirilməsi üçün həyətyanı sahələrdə əkilib. İki il aparılan sınaqlar nəticəsində tinglərin bol məhsul gətirdiyini görən təsərrüfat sahibləri bu sahəni genişləndirmək qərarına gəliblər. Bağ salmaq məqsədilə kənd ərazisində 4,5 hektar torpaq sahəsi götürülərək qoz bitkisi üçün yararlı hala salınıb.