CƏMİYYƏT


Qusarın superintensiv alma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndəriləcək

Qusarın müasir tipli superintensiv alma bağlarından məhsul yığımına başlanılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Kuzunqışlaq kəndində 100 hektardan çox sahədə salınan superintensiv meyvə bağlarında almanın “Royal qala”, “Golden”, “Jonagold”, “Red Chief”, “Granny Smith”, “Fuji”, “Brebrun” və digər növləri becərilir.Bağların ilk məhsulu avqust ayında toplanılıb. Tezyetişən “Royal qala” sortlardan bol məhsul əldə olunub. Hazırda isə “Golden”, “Jonagold”, “Granny Smith” sortlarının becərildiyi bağların məhsulu toplanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır