Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi oktyabr ayında yekunlaşacaq

02.09.2020 [12:30]

Xəbərin mətni

Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi 8 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsini yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 46 kilometrlik avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla, 4-cü texniki dərəcəyə uyğun tikilir. Artıq yolun 27 kilometrinə asfalt örtüyü döşənib.