CƏMİYYƏT


Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Qobu qəsəbə sakini saxlanılıb

Abşeron rayonunun Qobu qəsəbəsində narkotik tərkibli bitkiləri aqrotexniki qaydada qulluq edərək yetişdirən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Qobu qəsəbə sakini Elşən Muxtarov tutulub. Onun üzərində axtarış aparılan zaman 15 qram qurudulmuş marixuana aşkarlanıb. Elşən Muxtarovun Qobu qəsəbəsindəki evinə baxış zamanı 2 kiloqram 800 qram qurudulmuş marixuana və həyətində kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 9 kiloqram olan 8 çətənə kolu aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədilə əkdiyini bildirib.Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.Elşən Muxtarov təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.