İQTİSADİYYAT


Hacıqabul-Muğan avtomobil yolu yenidən qurulub

Hacıqabul rayonunun Hacıqabul–Muğan avtomobil yolunun yenidənqurma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən artıq yekunlaşıb.Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 11,5 kilometr olan avtomobil yolunun 6,4 kilometrlik hissəsi III texniki dərəcəli, 5,1 kilometrlik hissəsi isə şəhərdaxili yoldur. Bu səbəbdən yolun hərəkət hissəsinin eni müxtəlif ərazilər üzrə fərqlidir və 7-20 metr arası dəyişərək 2-5 hərəkət zolağı təşkil edir. Yolun hər bir istiqaməti üzrə 2,5 metr enində çiyinlər, şəhər daxilində isə piyada səkiləri mövcuddur.