CƏMİYYƏT


Bakıda saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunublar

Bakıda saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 21-də Yasamal rayonunda B.Məcidov küçəsində yerləşən mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əsginasın, avqustun 23-də isə Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manat saxta əsginas verilməsi ilə bağlı polisə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır