CƏMİYYƏT


Bakıda binadan kondisioner oğurlayan dəstə üzvləri saxlanılıblar

Paytaxtın Binəqədi rayonunda “Müsavat” partiyasının yerləşdiyi binadan iki kondisioner oğurlayan dəstə üzvləri saxlanılıblar.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslər - əvvəllər məhkum olunmuş Zəngilan rayon sakinləri Toğrul Babayev, Məhəmməd Məmmədov və Qubadlı rayon sakini Elnur Əhmədov polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində tutulublar. Həmin şəxslərin oğurladıqları kondisionerlər aşkarlanaraq maddi sübut kimi götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.