İQTİSADİYYAT


Meyvəsi 2-3 aya yetişir, ağacı isə 150 il bar verir - Qazaxda zoğal yığımı davam edir

Yüksək hərarətə və sərt şaxtalara dözümlü bitkilərdən biri də zoğal ağacıdır. Zoğal ağacı zəngin və rütubətli torpaqlarda 6, qidalılığı və nəmliyi az olan yamaclarda 1,5-2 metrədək boy atıb hər il məhsul verən bitkidir. Hazırda bu bitkinin yetişdiyi rayonlarımızdan olan Qazaxda zoğal yığımı davam edir.AZƏRTAC xəbər verir ki, zoğal yetişdikcə turşuluğu azalır, şəkərliliyi artır. Ona görə də, bağ sahibləri zoğalı bir az kal formada yığırlar. Həmçinin tam yetişmiş formada yığılarsa, istehlakçıya çatana kimi xarab ola bilər.