Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş Prokurorluqdan vətəndaşları maraqlandıran məsələlərlə bağlı növbəti izah

03.09.2020 [13:40]

Xəbərin mətni

Xəbər verildiyi kimi, dövrün tələblərinə uyğun olaraq prokurorluq orqanları tərəfindən müasir, vətəndaşa yönümlü və onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğunun və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.