İQTİSADİYYAT


Qubada 68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır

Quba rayonunun 68 min əhalisinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən 46 kilometr uzunluğa malik Quba–Qonaqkənd avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yekunlaşır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.