İQTİSADİYYAT


Masallıda taxıl əkini üçün fermerlərə sertifikatlı toxumlar veriləcək

Masallı rayonunun Qızılağac kəndində ötən ayın sonlarından payızlıq əkin üçün şum işlərinə başlanılıb. Əlverişli hava şəraitindən istifadə edən fermerlər payızlıq şumu optimal müddətə - sentyabr ayının sonuna başa çatdırmaq niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, payızlıq şumun kütləvi aparıldığı kəndlərdən biri də Qızılağacdır. Torpaq sahiblərinin sözlərinə görə, torpağa vaxtında aqrotexniki qulluq göstərdikdə bol məhsul əldə etmək olur.