Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb

09.09.2020 [10:31]

Xəbərin mətni

Futbol üzrə UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində keçirilən Kipr-Azərbaycan oyunu başa çatıb.AZƏRTAC xəbər verir ki, futbolçularımızın üstünlüyü şəraitində keçən görüşdə Azərbaycan millisi qələbə qazanıb -0:1. Matçın 29-cu dəqiqəsində Maksim Medvedev fərqlənib.C Liqasının 1-ci qrupunda yer alan hər iki komanda turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya (0:2), Azərbaycan millisi isə Lüksemburqa (1:2) uduzub.