CƏMİYYƏT


Paytaxta yeni avtobuslar gətirilib

Dövlət başçısının vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı tapşırığına uyğun olaraq paytaxta 115 ədəd yeni avtobus gətiriləcək. Bunu AZƏRTAC-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. O qeyd edib ki,avtobusların gətirilməsi ilə Bakı şəhərinin marşrut şəbəkəsi daha da müasirləşəcək ki, bu da sərnişindaşımaların daha rahat və təhlükəsiz təşkili baxımından əhəmiyyətlidir. Əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması daim dövlətin diqqət mərkəzindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır