İQTİSADİYYAT


Beyləqanda su nasos stansiyaları, qurğular təmir edilib, kanallarda təmizlənmə işləri aparılıb

Beyləqanda suvarma işinin səmərəli təşkili üçün nasos stansiyaları, qurğular təmir edilib, kanallarda təmizlənmə işləri aparılıb.
AZƏRTAC xəbər verir ki, Beyləqan rayon Suvarma Sistemləri İdarəsinin rəisi Azim Kərimovun sözlərinə görə, idarə tərəfindən rayon ərazisində 50539 hektar əkinəyararlı əraziyə xidmət göstərilir. Sahələrin suvarılması mənbəyini Araz çayından götürən Xan qızı kanalı, Kür çayından qidalanan Qarabağ kanalı vasitəsilə aparılır. Ümumilikdə, rayon üzrə 1297,62 kilometr uzunluğunda kanal mövcuddur ki, bunun da 1,58 kilometri borulardan, 148,9 kilometri nov, 132,2 kilometri beton üzlükdən ibarətdir.