İQTİSADİYYAT


İqtisadi Şuranın yaradılması ölkəmizin imici üçün müsbət addımdır

2016-cı ildə fəaliyyət göstərən Maliyyə Sabitliyi Şurası fəaliyyətini dayandırdı və Azərbaycan Prezidentinin Fərmanı ilə onun yerində İqtisadi Şura yaradıldı. Şuranın ilk iclasında da vurğulandığı kimi platforma ölkəmiz üçün yeni imkanlar açacaq. Dövlət və özəl sahələrə yerli, xarici investisiyalar cəlb ediləcək. Həmçinin özəl sektorun aparıcı rolu təmin olunacaq, sərmayə mühitinin yaxşılaşdırılması üçün ciddi və radikal addımlar atılacaq. İqtisadi Şuranın yaradılmasında əsas məqsədlərdən biri də makroiqtisadi və maliyyə sabitliyinin qorunması, iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlərinin formalaşdırılması olacaq. Ölkədə investisiya mühiti yaxşılaşdırılacaq, beynəlxalq rəqabət qabiliyyəti gücləndiriləcək. Maliyyə-bank sahələrində, real sektorda, dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsində, səhiyyə və təhsilin inkişafında dünyada mövcud olan uğurlu modellər əsasında təkliflər hazırlanacaq. Xüsusilə də Covid-19 pandemiyasından zərər çəkən sahələrin dirçəlməsi ölkəmizin siyasi arenada nüfuzuna müsbət təsdir edəcək.
İqtisadi Şura 6 aydan bir görülən işlər bağlı Prezidentə məruzə edəcək.