İQTİSADİYYAT


Azərbaycandan keçməklə Çindən Avropa istiqamətində yeni yük qatarı marşrutu istifadəyə verilib

Azərbaycandan keçməklə Çindən Avropa istiqamətində yeni yük qatarı marşrutu istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Çinin şərqindəki Cıcian vilayətinin Cinhua şəhərindən bu marşrut üzrə yola çıxan ilk yük qatarının 15-18 gün sonra Bakıya çatması planlaşdırılıb. Sənaye avadanlığı və məişət əşyaları da daxil olmaqla müxtəlif növ mallar yüklənmiş yüz konteynerdən ibarət qatar Qazaxıstanın Xəzər dənizi sahilindəki Aktau limanına çatdıqdan sonra oradan bərə ilə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yola salınacaq.