İQTİSADİYYAT


OPEC-in yaradılmasından 60 il ötür

Sentyabrın 14-də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 60 illik yubileyini qeyd edir.AZƏRTAC xəbər verir ki, bununla bağlı OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo təbrik mesajı ünvanlayıb, həmçinin OPEC tərəfindən hazırlanmış sənədli film təqdim edilib.M.Barkindo deyib: “60 il bundan əvvəl, bu gün inkişafda olan ölkələrin kiçik bir qrupu bəşəriyyətin beşiyi olan İraqın Bağdadda Bab Əl-Muazzam bölgəsində Əl-Şaab zalında toplaşdı. İrandan doktor Fuad Ruhani, İraqdan doktor Tələt Əl-Şabani, Küveytdən Əhməd Səid Omar, Səudiyyə Ərəbistanından Abdullah Əl-Tariki və Venesueladan doktor Pablo Perez Alfonzo birlikdə tarixin gedişatını dəyişəcək yol xəritəsini müəyyən etdilər. Onlar Neft İxrac Edən Ölkələr Təşkilatının yaradılması barədə qərar qəbul etdilər. Bu cəsur və nümunəvi addım özündə bir çox şeyi birləşdirdi. Hər şeydən öncə, bu xalqlara və dövlətlərə resursları üzərində suverenlik hüququ verən qanuni bir təşkilat idi. İkincisi, bu qərar dövlətlər arasındakı əməkdaşlıq və dialoqun, ümumi sənaye sahələrinin üzləşdiyi bir çox çətinliklərin aradan qaldırılması üçün ən effektiv yol olduğuna olan inamımızı ifadə edir. OPEC ölkələr arasında hörmət, bərabərlik, ədalət, şəffaflıq prinsiplərinə sadiq qalmağa davam edir”.