Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəkidə 3 min əhalinin istifadə etdiyi avtomobil yolu yenidən qurulur

14.09.2020 [11:55]

Xəbərin mətni

Ölkə başçısının 2020-ci il 30 iyul tarixli Sərəncamına əsasən, 3 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən və Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134-cü kilometrindən başlanğıcını götürən Şirinbulaq marşrutu üzrə kəndləri əhatə edən avtomobil yolları yenidən qurulur.