İQTİSADİYYAT


Daha iki yeni qatar xəttə buraxılıb

İyun ayında Rusiyadan Bakıya gətirilmiş daha iki müasir tipli qatarın “Nərimanov” elektrik deposunda sazlanması, tənzimlənməsi və sınaqları başa çatdırılaraq xəttə buraxılıb. "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” müəssisəsinin istehsalı olan 81-765.B/766.B seriyalı hərəkət tərkibləri Yaşıl xətt üzrə hərəkət edəcək.
Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında "Metrovaqonmaş”la bağlanmış müqaviləyə əsasən, 2020-2022-ci illər ərzində Bakı metropoliteninə, hər il 20 vaqon olmaqla, ümumilikdə, 60 yeni vaqon gətirilməlidir. Beləliklə, 2020-ci il ərzində gətirilməsi nəzərdə tutulmuş və texnoloji innovasiyalar baxımından 4-cü nəslə mənsub olan 4 yeni qatar artıq sərnişindaşıma prosesinə cəlb olunub. İlk iki belə qatar iyun ayının 29-dan xətdə işləyir. Beləliklə, Bakı metropoliteninin lokomotiv parkındakı ən müasir tipli qatarların sayı 15-ə çatdırılıb.