Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiyevdə Salam Sarvanın kitabının təqdimatı keçirilib

14.09.2020 [18:01]

Xəbərin mətni

Ukrayna Milli Ədəbiyyat Muzeyində müasir Azərbaycan şairi Salam Sarvanın əsərləri toplusunun təqdimat mərasimi keçirilib.
“Boğulmaq da olmur, dayazdı dünya” («І потонути неможливо, неглибокий цей світ...») adlanan kitabın nəşri Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsidir. Kitabın nəşri və təqdimatı Ukrayna Milli Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutunun və “Sammit-kniqa” nəşriyyatının dəstəyi ilə həyata keçirilib.