Gənc əsgərlər döyüş təyinatlı birləşmə və hissələrə yola salınıblar
14.09.2020 [18:06]
Xəbərin mətni
Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər döyüş təyinatlı birləşmə və hissələrə yola salınıblar.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər məşğələlərdə yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.