SİYASƏT


Ermənilər Əlibəyli kəndini atəşə tutmaqda davam edir – Tovuzdan reportaj

Ermənistan ordusu Tovuz istiqamətində yenə də gərginlik yaratmağa cəhd edir. Sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.AZƏRTAC xəbər verir ki, düşmənin kəndlərimizi iriçaplı silahlardan atəşə tutması onun məkrli niyyətini göstərir. Əlibəyli kəndinin sakinləri artıq uzun illərdir atəş səslərinə öyrəşdiklərindən gündəlik işləri ilə məşğuldurlar. Sakinlər bildirirlər ki, ermənilər atəşkəsi pozsa da, güllə səsləri onları narahat etmir. Ordumuza güvənən sakinlər həyət-baca, əkin-biçin işləri ilə məşğuldurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır