İQTİSADİYYAT


"Azərişıq" ASC Tovuzun Ağdam kəndində yenidənqurma işlərinə start verib

"Azərişıq” ASC Tovuz rayonunun Ağdam kəndində elektrik enerjisi təchizatını daha dayanıqlı və keyfiyyətli etmək üçün yenidənqurma işlərinə start verib. Erməni silahlı qüvvələrinin iyulun 12-də təxribat törədərək Ağdam kəndini atəşə məruz qoyması nəticəsində yaşayış evləri ilə yanaşı elektrik enerjisi xətlərinə də ciddi zərər dəyib. Bununla belə “Azərişığ”ın ərazidəki əməkdaşları 24 saat fasiləsiz çalışaraq kənddə mərmilərin zədələdiyi bütün xətləri bərpa etməklə sakinləri işıqsız qalmağa qoymayıb.