SİYASƏT


Azərbaycan və Türkiyənin hərbi təyyarələri Gəncə səmasında

Sentyabrın 15-də saat 15.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uçuşlar Bakı şəhərinin işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 102-ci ildönümü ilə əlaqədar təşkil edilib. Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunub.Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk və şəhər ictimaiyyətinin nümayəndələri uçuşları izləyiblər.Əllərində Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandıran gənclər tədbirə xüsusi ab-hava qatıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır